İlin ikinci Günəş tutulması başlayıb

İlin ikinci Günəş tutulması başlayıb
1215 dəfə oxunub
  • A-
  • A
  • A+

Sentyabrın 21-də saat 21:29-da ilin ikinci Günəş tutulması başlayıb. 

Axşam.az xəbər verir ki, bu haqda Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu, qismən Günəş tutulmasıdır.

Tutulma hadisəsi sentyabrın 22-si saat 01:53-də sona çatacaq. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43-də olacaq.

Tutulma hadisəsi Sakit okean, Yeni Zelandiya və Antarktidada görünəcək, lakin Azərbaycan ərazisindən müşahidə olunmayacaq.