Zuhal Topalın proqramında qalib azərbaycanlı oldu - Video

Zuhal Topalın proqramında qalib azərbaycanlı oldu - Video
1930 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yayımlanan "Zuhal Topalla yemekdeyiz" proqramında Ruha adlı azərbaycanlı iştirakçı milli mətbəximizin təamları ilə yarışıb.

Axşam.az xəbər verir ki, yarışmacı müsabiqədə digər iştirakçılara albalılı pomidor salatı, dovğa, dolma, plov, "Cheescake" təqdim edib.

O, rəqiblərindən 33 xal toplayıb. Yarışmacılardan yalnız biri Ruhaya az - 5 xal verib. Onun bu addımına qarşılıq proqramın aparıcısı Zuhal Topal bişirilən yeməklərin ləzzətinə haqsızlıq edildiyini dilə gətirib. Digər rəqibləri isə yeməkləri 9, 9 və 10 xalla qiymətləndirib.

Onlar xüsusən Azərbaycan aşını çox bəyəndiklərini vurğulayıblar.