2 müğənninin meyiti tapıldı

2 müğənninin meyiti tapıldı
1038 dəfə oxunub
  • A-
  • A
  • A+

"DJ King" kimi tanınan iki kolumbiyalı müğənni Bayron Sançes və Xorxe Luis qastrol səfərində olduqları Meksikada ölü tapılıblar.

Axşam.az xəbər verir ki, sentyabrın 16-dan itkin düşən 31 yaşlı Sançes və 35 yaşlı Herreranın cəsədləri Mexikodan təxminən 50 kilometr aralıda yerləşən Kokotitlan şəhərində aşkar edilib.

Mexiko Şəhər Baş Prokurorluğu məsələ ilə bağlı geniş araşdırmaya başladığını elan edib. Mətbuat sənətçilərin ölümünün narkotik alverçiləri ilə bağlı ola biləcəyini yazır.

Kolumbiya prezidenti Qustavo Petro onların ölümündə beynəlxalq mafiya və narkotik tacirlərini günahlandırıb.

Qeyd edilib ki, Sançes və Herrera sonuncu dəfə sentyabrın 16-da Mexiko şəhərinin Polanko rayonunda idman zalından çıxarkən görüntülənib.