"Uşaq Avroviziya 2025"də Azərbaycanı o təmsil edəcək

"Uşaq Avroviziya 2025"də Azərbaycanı o təmsil edəcək
1162 dəfə oxunub
  • A-
  • A
  • A+

İctimai Televiziya (İTV) Azərbaycanı "Uşaq Avroviziya 2025" Mahnı Müsabiqəsində təmsil edəcək ifaçının adını açıqlayıb. 

Axşam.az xəbər verir ki, Yağmur Nəsrullayeva beynəlxalq müsabiqədə ölkəni təmsil etmək hüququ qazanıb.

Dekabrın 13-də Tbilisidə keçiriləcək 23-cü Beynəlxalq Mahnı Müsabiqəsində səsləndiriləcək mahnı isə hələ açıqlanmayıb.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan 4 dəfə bu layihənin iştirakçısı olub.