Özcan "Şirin Baba"ya bənzədilməsinə əsəbiləşdi

Özcan "Şirin Baba"ya bənzədilməsinə əsəbiləşdi
1447 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Özcan Deniz saqqalını uzatmasının səbəbini açıqlayıb.

Axşam.az xəbər verir ki, o konsert zamanı bir izləyicisinin “saqqalını kəs” tələbinə cavab olaraq, hazırlaşdığı "Son Yemək" filmi üçün imicini dəyişdiyini bildirib.

Özcan saqqallı halını "Şirinlər" cizgi filmindəki "Şirin Baba" obrazına bənzədən izləyicisinə də əsəbiləşib:

“Dostlar, xarici bir ulduz bu vəziyyətdə olsa, çox xarizmatik hesab edirsiniz. Nə baş verir? Öz sənətçinizə niyə belə yanaşırsınız? "Şirin Baba"nı da ayrıca sevirik".