Stəkana tüpürüb müştərilərə çay süzdü

Stəkana tüpürüb müştərilərə çay süzdü
2975 dəfə oxunub
  • A-
  • A
  • A+

Şəki şəhərində fəaliyyət göstərən “Azra” şirniyyat evinin əməkdaşı Ayşən Babazadənin müştərilərə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı görüntülər yayılıb.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə onun müştərilər üçün hazırladığı çay stəkanına tüpürdüyü aydın olur.

Etdiyi hərəkəti öz hesabında paylaşan gənc qız işə nifrət etdiyini və dalaşdığını bildirib. İddia olunur ki, o, şirniyyat evinin rəhbərliyi ilə dalaşaraq bu addımı atıb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı ərazi üzrə polis orqanında təhqiqat aparılır: 

“Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.