Əməkdar artist Cabir İmanovla vida mərasimi sabah Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində olacaq.
Axşam.az xəbər verir ki, bu barədə Xəzər Media Mərkəzinin Baş direktoru, Xalq artisti Murad Dadaşov sosial şəbəkədə məlumat yayıb.
Vida mərasiminin saat 13:00-da başlanılması nəzərdə tutulub.
Qeyd edək ki, C.İmanov bu gün Bakıda idman zalında infarkt keçirərək vəfat edib.