"Bu itkilər mənə yaxında yox olacağam hissini verir"

"Bu itkilər mənə yaxında yox olacağam hissini verir"
2687 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni İradə İbrahimova ötən gün vəfat edən Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, ifaçı C.İmanovun ölümündən sarsıldığını qeyd edib:

"Bu itkilər mənə sanki yaxında yox olacağam hissini verir. Qəlbim getdikcə ağırlaşır. Həyatın rəngi solur. Sarsıldım".

Qeyd edək ki, C.İmanov ötən gün Bakıda idman zalında infarkt keçirərək vəfat edib. O, bu gün Yasamal rayonundakı “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.