“Spotify”ın direktoru vəzifədən gedir

“Spotify”ın direktoru vəzifədən gedir
229 dəfə oxunub
  • A-
  • A
  • A+

"Spotify" şirkətinin təsisçisi və hazırkı baş direktoru Daniel Ek vəzifəsindən ayrılmaq qərarına gəlib.

Axşam.az xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.

Daniel Ek 2026-cı ilin 1 yanvar tarixindən etibarən şirkətin icraedici sədri vəzifəsinə keçəcək. Yeni vəzifəsində o, "Spotify"ın uzunmüddətli strategiyası və əsas investisiya qərarları üzərində çalışacaq.

“Demək olar ki, bütün yetkin həyatımı – 20 ili Spotify-ın baş direktoru kimi keçirmişəm. Artıq oyunçu rolundan çıxıb məşqçi roluna keçməyə hazıram” deyə, Ek açıqlamasında bildirib.

"Spotify" rəhbərliyində digər dəyişikliklər də olacaq. Hazırkı prezidentlər Aleks Norström və Qustav Söderström 2026-cı ildən ortaq baş direktor vəzifələrinə təyin olunacaqlar.

Qeyd edək ki, Spotify 2006-cı ildə Daniel Ek və Martin Lorentzon tərəfindən təsis edilib. Platformanın hazırda ayda 696 milyondan çox aktiv istifadəçisi var və o, dünyanın ən böyük audio axın (streaming) xidmətlərindən biri sayılır.