Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov xəstəxanaya yerləşdirilib.
Axşam.az xəbər verir ki, bu barədə “Report”a teatrdan bildirilib.
Onun hazırda Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicə aldığı və vəziyyətinin ağır olduğu qeyd edilib.
Xatırladaq ki, Y.Muradov onkoloji xəstəlikdən əziyyət çəkir.