Xalq artisti Aygün Kazımova Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarının bağlanış mərasimində çıxış edəcək.
Axşam.az xəbər verir ki, Pop kraliça bunun üçün xüsusi hazırlıqlara başlayıb.
Kazımova məşq prosesindən görüntülər yayımlayıb. Müğənni bunun üçün rəqs qrupu ilə xüsusi şou hazırlayıb.
Qeyd edək ki, bağlanış mərasimi oktyabrın 8-də Gəncədə keçiriləcək.