Müğənni Xuraman Şuşalı məktəblilər üçün təşkil olunan avtobusların 240 manat olmasından gileylənib.
Axşam.az xəbər verir ki, bununla bağlı paylaşım edən Xuraman avtobusların pulsuz olmasını istəyib.
"Pulsuz olsa, çox az adam uşağını şəxsi maşını ilə məkətəbə aparar. Tıxaclar da azalar" deyə, Xuraman əlavə edib.
Qeyd edək ki, Bakıda "məktəbli avtobusları" layihəsinin icrasına başlanılıb.