Türkiyəli müğənni İrem Derici saxlanılıb.
Axşam.az xəbər verir ki, İstanbul Respublika Prokurorluğunun başlatdığı istintaq çərçivəsində 38 yaşlı müğənni narkotikdən istifadəni təbliğ etmək ittihamı ilə Şişlidəki evində hüquq-mühafizə qrupları tərəfindən saxlanılıb.
Onun vəkili Ayşegül Mermer müğənninin saxlanıldığını təsdiqləyib.