Xəbər verdiyimiz kimi, Türkiyədə bir çox məşhur polis tərəfindən saxlanılıb.
Axşam.az-ın məlumatına görə, narkotik istifadəsinə təşviq etmək ittihamı ilə aktrisa Birce Akalay ifadə vermək üçün polis bölməsinə yollanıb.
O, İstanbul Jandarma İl Komandanlığında görüntülənib.
Qeyd edək ki, İstanbulda narkotik istifadəsini təşviq etmək ittihamı ilə başladılan əməliyyat çərçivəsində İrem Derici, Simge Sağın, Berrak Tüzünataç, Ceren Moray Orcan, Demet Evgar Babataş, Deren Talu, Derin Talu, Dilan Polat, Engin Polat, Duygu Özaslan Mutaf, Feyza Altun, Hadise Açıkgöz, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlu, Metin Akdülger, Özge Özpirinçci, Zeynep Meriç Aral Keskin, Ziynet Sali saxlanılıb.