Samirdən Nüşabə Ələsgərlinin təklifinə reaksiya

Samirdən Nüşabə Ələsgərlinin təklifinə reaksiya
2426 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Samir Bağırov Əməkdar artist Nüşabə Əlsəgərlinin ona müraciətinə reaksiya verib.

Axşam.az xəbər verir ki, N.Ələsgərli Samirə maddi və mənəvi dəstək olacağını deyib.

Bağırov həmkarının təklifinə "Min nəfər mənə bu videonu göndərdi. Çox təşəkkür edirəm" cavabını verib. 

Qeyd edək ki, N.Ələsgərli "Bir ay efirə çıxsın, yeni mahnılar yazdırsın, hər yerə dəvət alacaq. Samir, bilirsən səni necə sevirəm? Hər zaman sənə yardım edərəm. Mənə bir zəng et, de, maddi və mənəvi sənə dəstək olacağam" açıqlamasını vermişdi.