Emin "Titanik"in ulduzu ilə - Foto

Emin "Titanik"in ulduzu ilə - Foto
2265 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Emin Ağalarov məşhur amerikalı aktyor Billi Zeynlə bir araya gəlib. 

Axşam.az xəbər verir ki, Emin həyat yoldaşı Alyona Qavrilova ilə birlikdə onunla çəkdirdikləri fotonu izləyiciləri ilə bölüşüb. 

Ağalarov paylaşımına "Aktyor Billi Zeynlə birlikdə... Onu "Titanik" filmindən mütləq tanıyacaqsınız. Biz musiqi sənayesinin əfsanələri Devid Foster və Klayv Devislə nahar etdik. Ümumiyyətlə, bu, meqa-peşəkarlarla və həqiqətən də məşhur insanlarla inanılmaz gözəl görüş idi" sözlərini yazıb.