"Ölünün dalınca qeybət edirsiniz, ayıb deyil?" - Video

"Ölünün dalınca qeybət edirsiniz, ayıb deyil?" - Video
2322 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Tahir İmanov qardaşı Cabir İmanovun vəfatından sonra videoaçıqlama yayıb.

Axşam.az xəbər verir ki, o, mərhum aktyorun dini mənsubiyyəti ilə bağlı yayılan iddialara cavab verib:

"Birincisi, bu kimi mövzuları yayan insanlar ilk növbədə cəmiyyətdə yaranmış birliyə çox böyük zərbə vurur. İkincisi isə dinə olan mənsubluq hər bir insanın şəxsi işidir. Üçüncü və ən əsası odur ki, bu, çox böyük günahdır. Çünki siz ölünün dalınca qeybət edirsiniz".

Tahir İmanov cənazə mərasimində qoyduğu çəkiliş qadağasından da danışıb:

"Mən jurnalistlərdən xahiş etdim ki, yas məclislərin çəkməyin, mən və ailəm halallıq vermirik. Qəbiristanlığa gedəndə dedim ki, təkcə kişilər gedir. Bu bizim adətimizdir. Gözümüzü açıb bele görmüşük ki, qəbiristanlığa kişilər gedir. Gəlib gördüm ki, yalandan başlarını bağlayan jurnalist xanımlar hansısa yüksəklikdə durub ki, qəbirin içini çəksinlər. Bu nə adətdir? Babalarınızın, nənələrinizin dəfni vaxtı video çəkilib? Ayıb deyil? Yalvara-yalvara dedim ki, gedin. Amma yenə də arxadan tabutu çəkdiniz. Mən axirətə kimi sizə halallıq verməyəcəyəm".

Daha ətraflı videomaterialda