Türkiyədə saxlanılan məşhurlar sərbəst buraxıldı

Türkiyədə saxlanılan məşhurlar sərbəst buraxıldı
1861 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, İstanbulda narkotik istifadəsini təşviq etmək ittihamı ilə başladılan əməliyyat çərçivəsində bir çox məşhur sima polis tərəfindən nəzarətə götürülüb.

Axşam.az xəbər verir ki, polisə ifadə verən tanınmışlar daha sonra narkoloji testlərdən keçərək sərbəst buraxılıblar.

19 nəfərə qarşı keçirilən əməliyyatda ifadə verənlərə “Narkotikdən istifadə etmisən?”, “Narkotikdən istifadə edən tanıyırsanmı?”, “Narkotik üçün pul köçürmüsən?” kimi suallar verilib.

İstintaq test nəticələrinə əsasən formalaşacaq. Qan və saç nümunələrində qadağan olunmuş maddələr olanlar cinayət məsuliyyətinə cəlb olunacaqlar.