Hadisə başına gələnlərdən danışıb kövrəldi

Hadisə başına gələnlərdən danışıb kövrəldi
964 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Hadisə Açıkgöz ötən gün sərbəst buraxıldıqdan sonra səhnəyə çıxıb.

Axşam.az xəbər verir ki, ifaçı narkotik istifadəsini təşviq etmək ittihamı ilə saxlanılmasına münasibət bildirib. O, danışarkən kövrəlib:

"Səhər 6-nın yarısında qapını dəli kimi döyürdülər. Mühafizədən soruşdum, dedi ki, polisdir, sizi aparmağa gəliblər. Bu cümlə çox qorxuludur. Proses 14 saat davam etdi. Siqaret belə çəkmirəm. Bu mövzuda tər-təmiz olduğumu bildiyim üçün mənə ağır gəldi. İnsanın psixologiyası bir az pozulur. Anamla-atam məni elə böyütməyib. İşinə aşiq olan qadınam. Buralara da öz zəhmətimlə gəldim".