Türkiyəli aktyor Tarık Pabuçcuoğlunun yeni layihəsi bəlli olub.
Axşam.az xəbər verir ki, aktyor "A.B.İ" serialında rol alacaq. O, Kənan İmirzalıoğlunun canlandıracağı "Doğan Hancıoğlu"nun atasını ifa edəcək.
Qeyd edək ki, serialın baş rollarını Kənan İmirzalıoğlu ilə Afra Saraçoğlu canlandıracaq.
Tarık son olaraq "Deha"da çəkilib.
