Güclü külək əsəcək - Xəbərdarlıq

Güclü külək əsəcək - Xəbərdarlıq
4195 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 21-də güclü külək əsəcək.

Axşam.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq verib.

Xəbərdarlığa əsasən, Bakıda və Abşeron yarımadasında, Qazax, Tovuz, Ağstafa, Gəncə, Şəmkir, Samux, Naftalan, Goranboy, Daşkəsən, Gədəbəy, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Salyan, Neftçala, Hacıqabul, Mingəçevir, Şirvanda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.