“Qapalı məktəb”in rejissoru öldürüldü

“Qapalı məktəb”in rejissoru öldürüldü
544 dəfə oxunub
  • A-
  • A
  • A+

“Qapalı məktəb” serialının müəllifi və rejissoru Sergey Politik oktyabrın 18-də Moskvadakı evinin blokunda qətlə yetirilib.

Axşam.az xəbər verir ki, istintaqın məlumatına görə, 56 yaşlı Sergey evinin qarşısında siqaret çəkməyə çıxıb və orada tanımadığı bir şəxslə mübahisə yaşayıb. Naməlum şəxs ona bıçaqla sinə nahiyəsindən zərbə endirib. Politik xəstəxanaya aparılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib.

İlkin ehtimala görə, qatil son illərdə Sergey Politikin fəal şəkildə mübarizə apardığı narkotik satıcılarından biri ola bilər.