Durov Luvrdan oğurlanan zinət əşyalarını almaq istədiyini açıqladı

Durov Luvrdan oğurlanan zinət əşyalarını almaq istədiyini açıqladı
467 dəfə oxunub
  • A-
  • A
  • A+

Teleqram sosial şəbəkəsinin yaradıcısı və sahibi Pavel Durov Parisdə Luvr muzeyindən oğurlanan zinət əşyalarını almaq istədiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, o, vurğulayıb ki, həmin zərgərlik nümunələrini alıb Əbu-Dabidəki Luvr muzeyinə verməyə hazırdır:

“Oğurlanan zinət əşyalarını məmnunluqla alaram və Luvra qaytararam. Burada Əbu-Dabidəki Luvru nəzərdə tuturam. Onları Əbu-Dabidəki muzeydən heç kəs oğurlaya bilməz”.

Qeyd edək ki, qarət 7 qəqiqə rəzində baş tutub. Bu, son 30 ildə Luvr muzeyində törədilmiş ilk qarət hadisəsidir.