"15 il əvvəl bizi ailə etdin" - Foto

"15 il əvvəl bizi ailə etdin" - Foto
9869 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni İradə İbrahimova qızı İpək ilə bağlı paylaşım edib. 

Axşam.az xəbər verir ki, sənətçi foto paylaşaraq övladının 15 yaşı tamam olduğunu bildirib:

“İpəyin bu gün 15 yaşı tamam oldu. İpək 15, Əli (oğlu) 10, mən 45 yaşındayam. Səhv başa düşülməsin, yaşımla heç bir problemim yoxdur. Əksinə, yaşımı, yaşımın gətirdiyi ağlı çox sevirəm. Hər il uşaqlarımla bərabər öz yaşımı da qeyd edirəm, çünki ən çox onları böyüdərkən böyüyür insan. 15 il əvvəl bu gün gəldin və bizi ailə etdin. Bütün analar kimi tək diləyim, sağlamlıqla, sevinclə gül, qızım".

Qeyd edək ki, İradə Ceyhun adlı Türkiyə vətəndaşı ilə ailəlidir. İ.İbrahimova uzun illər Türkiyədə yaşayıb və sənətdən uzaqlaşıb. Hazırda isə o, Bakıya qayıdaraq, müğənnilik fəaliyyətinə yenidən başlayıb.