Müğənni Elvin Abdullayev uzun müddətdir evində saxladığı Jade adı qoyduğu pişiyinin öldüyünü bildirib.
Axşam.az xəbər verir ki, sənətçi pişiyini qısırlaşdırmaq üçün klinikaya apardığını, əməliyyat zamanı virus salındığını iddia edib. O bildirib ki, həmin prosesdən sonra pişik özünü pis hiss edib və 1 gün içində ölüb.
"Məni yandıran bu məsuliyyətsizlikdir. Hərə əlinə beş-on manat düşən kimi zoomağaza və ya klinika açır.Axırda da nəticə belə olur" deyə, Elvin əlavə edib.