Hollivud ulduzu Salli Kirkland vəfat edib.
Axşam.az xəbər verir ki, aktrisa 84 yaşında demensiya xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, Salli 60 illik karyerası ərzində 250-dən çox filmdə rol alıb. O, ilk dəfə 1960-cı ildə, sonuncu dəfə isə 2025-ci ildə filmə çəkilib.
O, "Oskar" və "Qızıl Qlobus" mükafatlarına namizəd olub və karyerası boyunca 40-dan çox mükafat alıb.
Salli "Qüdrətli Bryus", "Cinayətkar kimi düşünmək", "Dayə" kimi nəşhur ekran işlərinə çəkilib.