Türkiyəli aktrisa Özgün Namal qəzaya düşüb.
Axşam.az xəbər verir ki, aktrisa məktəblərin bağlanması səbəbindən iki uşağı Nefes və Suyu da özü ilə götürərək bu səhər rol aldığı "Kıskanmak" serialının çəkiliş meydançasına gedib. Namalın sürücüsünün idarə etdiyi avtomobil Beykoz yolunda başqa bir nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə Namal və uşaqları xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, aktrisanın maşını əzilib. Aktrisa və uşaqlarının vəziyyəti barədə məlumat hələlik yoxdur.