“Dünyadan köçəndən sonra istəmirəm övladım bunu eşitsin”

“Dünyadan köçəndən sonra istəmirəm övladım bunu eşitsin”
1772 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu “Zəngəzur yallısı” adlı yeni layihə üzərində çalışır.

Axşam.az xəbər verir ki, “Xəzər axşamı” verilişində qonaq olan sənətçi bir ilə yaxındır üzərində işlədiyi layihəyə xeyli vəsait xərclədiyini açıqlayıb:

“Bəzən bu layihə haqqında danışanda kövrəlirəm, pis oluram. Əziyyəti çox oldu. Qazancımdan yalnız bir hissəsini ailəm üçün ayırdım ki, dolana bilim. Bütün gəlirimi həmin layihəyə sərf etdim. Elə vaxtlar oldu ki, ödənişlər etməli olurdum. Xahiş edib deyirdim ki, icazə verin, 10 gün sonra toyda ifa edim və pulu sonra göndərim. Toy bitən kimi pulu karta daxil edir, qardaş ölkədəki sənətçilərə göndərirdim.

41 yaşım var və bu, musiqi həyatımda gördüyüm ən böyük layihədir. Elə bir işdir ki, inanmıram kimsə bunu təkrar edə bilsin. Mən istəmirəm bu dünyadan köçəndən sonra övladıma kimsə desin ki, "Atan kim olub? Hansısa klarnet ifaçısı". Mən istəmirəm ki, övladım bunu eşitsin. Son vaxtlar daha çox təhsilimlə və yaradıcılığımla məşğulam. Layihəni bitirdikdən sonra “Azərbaycan milli klarnet ifaçılığı" kitabını yazdıracağam. Sonra isə Mili Konservatoriyaya təqdim edəcəyəm. Mili musiqilərimizi klarnet üçün nota çevirəcəyik. Bir az çətin işdir".