Sibel Canın səhnədə gülərək şəhidləri yad etməsi tənqid olundu - Video

Sibel Canın səhnədə gülərək şəhidləri yad etməsi tənqid olundu - Video
1246 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Gəncədən qayıdarkən Gürcüstan sərhədində “C130” tipli hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində 20 türk hərbçisi şəhid olub.

Axşam.az-ın məlumatına görə, həmin gün türk müğənnisi Sibel Can məkanlardan birində səhnəyə çıxaraq konsert verib.

İfaçı konsert zamanı şəhidlərin ruhlarını yad etmək üçün tamaşaçılardan əl çalmalarını istəyib. Bundan başqa, Sibel Canın həmin an gülməsi sosial mediada geniş müzakirələrə səbəb olub. 

Bir çox istifadəçi əl çalmaq yerinə bir dəqiqəlik sükutla şəhidlərin yad edilməli olduğunu vurğulayıb. Bir qisim istifadəçi isə müğənini gülərək danışdığına görə tənqid edib. Həmin gün Sibel Canın konsertini ləğv etməli olduğunu deyənlər də az olmayıb. 

Qeyd edək ki, Xalq artisti Mənsum İbrahimov ötən gün Gəncədə keçirilməsi planlaşdırılan yubiley konsertini qəza səbəbindən təxirə salıb