Tom Kruz 45 illik karyerası ərzində ilk "Oskar"ını aldı

Tom Kruz 45 illik karyerası ərzində ilk "Oskar"ını aldı
1264 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Tom Kruz 45 illik karyerası ərzində ilk "Oskar"ını qazanıb.

Axşam.az xəbər verir ki, mükafat "16-cı Governors Mükafatları" mərasimində 63 yaşlı aktyora təqdim olunub.

Qeyd edək ki, uzun kino karyerası ərzində Kruz dörd dəfə - "Doğum günü 4 iyul", "Cerri Maquayr" və "Maqnoliya" filmlərindəki rollarına, eləcə də "Top Gun: Maverick" filminin prodüserliyinə görə namizəd göstərilsə də, heç vaxt "Oskar"da qalib gəlməyib.

Kruz "Missiya: Mümkünsüz – Son ölüm" filmindəki tryukuna görə "Ginnesin Rekordlar Kitabı"na da düşüb.