İzzətin verilişinə dəvət alan Könül Xasıyevanın başına nə gəldi?

İzzətin verilişinə dəvət alan Könül Xasıyevanın başına nə gəldi?
1553 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Könül Xasıyeva müğənni İzzət Bağırovun verilişinə dəvət alan zaman başına gələn hadisədən danışıb. 

Axşam.az xəbər verir ki, muğam ifaçısı bu yaxınlarda İ.Bağırov ona mesaj yazıb, proqrama dəvət etdiyini bildirib. O qeyd edib ki, izzət əvəzinə başqa bir şəxsə səs yazısı göndərib:

"Həyatım "mutfilimdir". İzzət zəng etdi ki, konsertdən öncə sizi verilişimə dəvət edim. Dedim ki, böyük məmnuniyyətlə gələrəm. Sonra məndə olan nömrəsinin vatsapına yarım saatlıq zəng göndərmişəm. Dedim, filan gün gəlim, filan şeylər etsək olar? Bir neçə vaxt keçdi, cavab gəlmədi. Bilirəm ki, İzzət diqqətlidir. Açıb baxanda isə gördüm ki, şəkil başqadır. Gördüm yaşıl paltarda cərrahdır və əməliyyat edir. Düşündüm ki, nə əlaqə, niyə özünü qoymayıb ki? Düşündüm ki, İzzət bunu, yoxsa bu İzzəti əməliyyat edir?".