"Mənfi şərh yazmayanda maraqsız olur"

"Mənfi şərh yazmayanda maraqsız olur"
685 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Samir Bağırov sosial şəbəkədə yazılan mənfi rəylərdən bəhs edib.

Axşam.az xəbər verir ki, "Öz aramızda" verilişinə qonaq gələn sənətçi mənfi şərhləri bəyəndiyini deyib. O bildirib ki, bu cür rəylər ona maraqlıdır:

"Neqativ şərhlər maraqlıdır, xoşdur mənə. Bu, bizim sənətin ikinci tərəfidir. Mən heç sosial şəbəkədə nəsə paylaşa bilmirəm. Amma istifadə edənlərə deyirəm ki, silməyin, qoyun qalsın. İnstaqramda göy işarə almaq, bəyəni toplamaq - hamısını orijinal istəyirəm. Mən bunları süni almağı xoşlamıram".