30 ilin mahnısına yeni nəfəs verdi - Video

30 ilin mahnısına yeni nəfəs verdi - Video
824 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Vüsal Hacıyev "Ruhumuz Qovuşacaq" mahnısını ifa edib.

Axşam.az xəbər verir ki, 30 il əvvəl oxunan bu bəstəyə Vüsal yeni nəfəs verib. 

"Ruhumuz Qovuşacaq" mahnısını Xalq artisti Flora Kərimova, Əməkdar artist Elton Hüseynəliyev və türkiyəli müğənni Müşərrəf Akaydan sonra rəsmi icazə ilə ifa edən Vüsal olub. Eyni zamanda ifaçı mahnıya ilk dəfə klip çəkdirən sənətçi olub.

Ekran işi yutub kanalında yerləşdirildiyi qısa müddət ərzində izləyicilər arasında böyük maraq doğurub.

Mahnının musiqisi Xalq aristi Aygün Səmədzadə, sözləri şair Xanım İsmayılqızı, aranjimanı Fərhad Musayevə məxsusdur. Klipin prodüser və rejissoru isə Xəyal Səlimovdur.