Məşhur britaniyalı musiqiçi Pol Makartni süni intellektə qarşı etiraz aksiyasına qoşulub və fevralda buraxılmış “Is This What We Want?” adlı səssiz alboma öz trekini əlavə edib.
Axşam.az xəbər verir ki, bu, musiqiçinin son beş ildə ilk yeni yayımlanan işi olub. Trekin müddəti 2 dəqiqə 45 saniyədir və tərkibində yalnız cingiltilər, taqqıltılar və səssizlik eşidilir.
“Is This What We Want?” albomu Ket Buş, "The Clash", Hans Zimmer, Deymon Albarn və digər məşhur musiqiçilərin iştirakilə hazırlanıb.
Layihə Britaniya hökumətinin süni intellektlə bağlı mövqeyinə etiraz məqsədi daşıyır. Belə ki, 2024-cü ildə hökumət neyron şəbəkələrinin təlimi üçün musiqi əsərlərinin lisenziyasız istifadəsini leqallaşdırmağı təklif edib. Musiqiçilər bu təşəbbüsə etiraz olaraq albomu səssiz şəklində təqdim ediblər.