Manana mərhum anasını bu sözlərlə xatırladı

Manana mərhum anasını bu sözlərlə xatırladı
1106 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Manana Caparidze dünyasını dəyişən anası Makvala Caparidze ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, sənətçi anasının görüntülərini yayımlayaraq bunları yazıb:

"Bu gün anamın bu dünyadan köçdüyü gündən bir il ötür. Onun istiliyi, səsi, müdrikliyi hər saniyə mənimlə yaşayır. Onu həmişə yanımda hiss edirəm, əlindəki ilıq toxunuşla, səsindəki mərhəmətlə, qəlbindəki sonsuz inamla. Onun yanında sevimli atam və qardaşım var. Üç mələk, üç nurlu ruh məni və ailəmi öz əllərində tutan üç işıq. Üç mələk, üç nur, üç kök mənim həyat ağacımın başladığı yer. Anamın qəlbi mənimlə bir ritmdə döyünür. Yaşayacağam, sevəcəyəm, yaradacağam və oxuyacağam, onun ruhunu sevindirmək üçün, ürəyimin işığı çatdığı hər kəs üçün. Ana, biz bir yerdəyik. Yerdən göylərə qədər. Əbədi!".

Qeyd edək ki, Manana ötən ilin noyabrında anasını itirib.