Xəbər verdiyimiz kimi, Xalq artisti, rəqqasə Roza Cəlilova 96 yaşında vəfat edib.
Mərhumun nəvəsi Lalə Aslanur Axşam.az-a açıqlamasında nənəsinin dəfn yerini açıqlayıb. O bildirib ki, R.Cəlilovanın nəşi hazıra Təzə Pir məscidinə aparılıb:
"Vida mərasiminin filarmoniyada edilməsi planlaşdırılır. Nənəm özü sağlığında vəsiyyət etmişdi. II Fəxri Xiyabanda dəfn olunacaq".
Qeyd edək ki, R.Cəlilova bu gün 96 yaşında dünyasını dəyişib.