Tarkan konsert verəcəyini açıqlayan kimi sayt çökdü

Tarkan konsert verəcəyini açıqlayan kimi sayt çökdü
1496 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Tarkan İstanbulda 4 gün konsert veməyi planlaşdırır.

Axşam.az xəbər verir ki, bu barədə ifaçı özü sosial media hesabında məlumat yayıb.

Konsert tarixlərinin açıqlanmasının ardından çoxlu sayda insan bilet sifariş etmək üçün sayta daxil omağa cəhd göstərib. Nəticədə sayt çöküb.

Hazırda “qara bazar”da bilet satışları davam edir.

Qeyd edək ki, konsert 16, 17, 20 və 23 yanvar tarixlərində “Volkswagen Arena”da baş tutacaq. Konsertin bilet qiymətləri 7-32 min lirə arasında dəyişir.