Alla Puqaçova və Maksim Qalkin səyahətdə

Alla Puqaçova və Maksim Qalkin səyahətdə
747 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Alla Puqaçova və şoumen həyat yoldaşı Maksim Qalkin adını gizli saxladıqları bir ölkəyə səyahətə gediblər.

Axşam.az xəbər verir ki, Puqaçova gəzintidən video yayımlayıb. 76 yaşlı müğənni səhər şəhər gəzintisinə çıxdıqlarını bildirib.

"Sabahınız xeyir. Möhtəşəm! Ətrafda heç kim yoxdur və hər yerdən musiqi gəlir" deyə, Alla paylaşımında yazıb.

Maksim də öz növbəsində dağlıq bir fonda sirli bir video paylaşıb və izləyicilərini onun indi harada olduğunu təxmin etməyə çağırıb. Bir çoxları onların Mərakeşdə, digərləri isə İordaniyada olduğunu yazıb.

Qeyd edək ki, Alla və maksim uzun müddətdir İsrailə köçüb və orada yaşayır.