Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Tarkanın İstanbulda 4 gün ardıcıl verəcəyi konsertə görə biletlərin satıldığı sayt çöküb
Axşam.az-ın məlumatına görə, məsələ ilə bağlı paylaşım edən ifaçı Sinan Akçıl bunun piar məqsədi ilə edildiyini açıqlayıb:
"Görəsən, həqiqətən bu ölkədə 100-150 min nəfər eyni anda bilet alır? İnanmıram. Piar strategiyası, sən nə böyük gücsənmiş".
İzləyicilər Sinanın bu açıqlamasından əsəbiləşib və onu bu addımına görə qınayıblar.
