28 yaşlı “Miss Yamayka” titulunun sahibi Qabriyel Henri Taylandda keçirilən “Kainat gözəli 2025” müsabiqəsinin ilkin turu zamanı səhnədən yıxılaraq ağır xəsarət alıb.
Axşam.az xəbər verir ki, hadisə noyabrın 19-da baş verib. Uzun ziyafət paltarı və hündür platformalı ayaqqabı ilə gəzən model səhnədən yıxılaraq huşunu itirib.
İlk olaraq təşkilatçılar onun ciddi xəsarət almadığını bildirsələr də, üç gün sonra vəziyyətin ağır olduğu üzə çıxıb. Qabriyel reanimasiyaya yerləşdirilib və ən azı yeddi gün intensiv nəzarətdə qalacağı açıqlanıb.
Qeyd edək ki, bu il qalmaqallarla yadda qalan müsabiqənin qalibi 25 yaşlı meksikalı Melissa (Fatima) Boş olub.