Qalmaqalların mərkəzində olan Fatima "Kainat gözəli" seçildi

Qalmaqalların mərkəzində olan Fatima "Kainat gözəli" seçildi
815 dəfə oxunub
  • A-
  • A
  • A+

Tailandda keçirilən və qalmaqallarla yadda qalan “Kainat gözəli 2025” beynəlxalq müsabiqəsinin qalibi bəlli olub.

Axşam.az xəbər verir ki, yarışmada qalib 25 yaşlı meksikalı Melissa (Fatima) Boş gəlib.

Bununla da, o, sözügedən titulu alan 4-cü Meksika təmsilçisi olub.

İkinci yerə Tailand təmsilçisi Vina Pavina Sinq, üçüncü yerə isə Venesueladan olan iştirakçı Stefani Adriana Abasali Nasser layiq görülüb.

Qeyd edək ki, bu il müsabiqənin təşkilatçılarından biri — Navat İtsaragrissil elə məhz Meksika təmsilçisi Melissa (Fatima) Boşa qarşı kobud davranaraq, onu sponsor çəkilişinə gəlməməkdə günahlandırıb. Fatima məsələni izah etməyə cəhd göstərsə də, bu, təşkilatçının narazılığına səbəb olub. Təşkilatçı onun sözünü kəsib, təhqiredici ifadələr işlədərək onu “axmaq” adlandırıb və mühafizəçilərə Fatimanı zaldan çıxarmağı əmr edib.

“Kainat gözəli” bu il də qalmaqalsız ötüşməyib. Belə ki, daha əvvəl müsabiqənin Tailanddan olan təşkilatçısı meneceri ilə məsləhətləşmədən sosial şəbəkələrdə reklam kontenti paylaşmağı rədd etdiyinə görə Fatima Boşu “axmaq” adlandırmışdı. Bu isə bir çox iştirakçının etirazına səbəb olmuşdu. Onlardan bir çoxu həmin anda zalı tərk etmişdilər. Qalmaqal fonunda münsiflərdən 3-ü istefa vermişdi.