Məşhur aktyora qarşı daha 3 təcavüz iddiası

Məşhur aktyora qarşı daha 3 təcavüz iddiası
387 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud aktyoru Kevin Speysə qarşı üç yeni iddia irəli sürülüb.

Axşam.az xəbər verir ki, aktyor 2026-cı ilin 12 oktyabrında London Ali Məhkəməsinin qarşısına çıxacaq.

İddiaçılar 2000–2013-cü illər arasında kevin tərəfindən cinsi təcavüzə məruz qaldıqlarını bildiriblər. İddiaçılardan biri (LNP) 2000–2005-ci illərdə ona qarşı təkrar hücumlar olduğunu deyb.

Digər şəxs – GHI – 2008-ci ildə “Old Vic” teatrında keçirilən seminar zamanı baş verdiyini iddia etdiyi insidentdən sonra psixoloji travma aldığını açıqlayıb. Üçüncü iddiaçı, aktyor Ruari Kannon isə Kevinin ona 2013-cü il həmin teatrda keçirilən tədbirində yaxınlaşdığını deyib.

Aktyor bütün iddiaları rədd edib.

Qeyd edək ki, 2017-ci ildən bəri Speysiyə qarşı ondan çox seksual xarakterli təcavüz ittihamı irəli sürülüb. Londonda 2023-cü ildə, ABŞ-də isə 2022-ci ildə bəraət almasına baxmayaraq, Speysinin Hollivud karyerası ciddi zərbə alıb.