Müğənni Tacir Şahmalıoğlu ilə Əminə Şirin arasında qalmaqal yaşanıb.
Axşam.az xəbər verir ki, ifaçılar arasındakı mübahisəyə "Ölüm haqdır" mahnısı olub. Belə ki, Əminə mahnını pulla satın aldığını, sonra isə T.Şahmalıoğlu onu oxuduğunu deyib. Əminə isə həmkarını hədələyərək, mahnını yutubdan sildirəcəyini deyib.
"Əminə Şirini tanımıram. Onu tanımaq istəyirəm. Mənimlə bir yerdə olmayıb, səmimiyyətimi harda görüb? Onun mənim ifamı sildirməyə gücü çata bilməz. Onu sildirsə, sənətdən gedərəm" deyə, Tacir əlavə edib.
Verilişə zəng edən Əminə "Mahnının hüquqları rəsmi şəkildə məndədir. Onun şəxsiyyətinə və sənətinə söz deməyə haqqım yoxdur. Qaldı ki, mənə dərs deməyə... Mən Vaqif Gərayzadə məktəbi keçmişəm, mən kiməsə söz öyrədərəm, kimsə mənə yoxdur. Nə vaxta kimi haqqıma girəcəksiniz? Mahnının haqqını verməmisiniz, belini sındırmısınız. Deyirsiz, qabağıma qoyub söz öyrədərəm. Bilirsiz mənə kimlər söz öyrədib?" sözlərini əlavə edib.