"Təhsil naziri, uşağa belə şeir öyrətməzlər"

"Təhsil naziri, uşağa belə şeir öyrətməzlər"
4446 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı İlqar Mikayıloğlu II sinif kitabında yerləşən "Mənim atam" şeirini tənqid edib.

Axşam.az xəbər verir ki, aparıcı proqramında şeiri səsləndirib. Aparıcı təhsil nazirinə müraciət edib:

"Belə şeir olar? Məktəbdə ikinci sinif üçün yazılıb. Biz də məktəbdə oxumuşuq. Abbas Səhət, Abdulla Şaiq şeirləri yer alırdı. "Buz və uşaq" şeiri var idi. Təhsil nazirliyi, başa düşürəm, uşaqların yükü çoxdur, nəsə öyrənməlidirlər. Bu, nədir? Bunu yazan nə yeyib ki, kefdə olub, bunu yazıb? Bu cür şeirlə böyüyən şəxs böyüyəndə "ayə hare gedirsən" tipdə olacaq. Hörmətli, təhsil naziri, uşaqlara başqa şey öyrədin".