Onlara 4000 manat veriləcək

Onlara 4000 manat veriləcək
2619 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) fəaliyyət göstərən Seçim Komissiyasının üzvlərinə pul veriləcək.

Axşam.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

Belə ki, sözügedən məvacib komissiya üzvlərinə 2025-ci il üzrə dövlət sifarişi ilə istehsal ediləcək film layihələri müsabiqəsində layihələrin qiymətləndirilməsinə görə veriləcək.

Məlumata görə, aşağıdakı kinoşünasların hər birinə 4000 manat məbləğində məvacib ödəniləcək:

1. Quliyev Elçin Musa oğlu, 

2. Salayev Ayaz Ramiz oğlu, 

3. Məmmədova Şəfiqə Haşımovna, 

4. Məmmədov Nəriman Kamileviç, 

5. Məmmədov Hikmət Baba oğlu, 

6. Məmmədov Vüsal Fəxrəddin oğlu.