“Rayonlarımızda bir gün belə dincəlməmişəm”

“Rayonlarımızda bir gün belə dincəlməmişəm”
1628 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Mətanət Əsədova indiyə qədər rayonlarımızda və xaricdə istirahət etməməsindən gileylənib.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Həmin Zaur" verilişində danışıb. O bildirib ki, həm xaricə, həm də bölgələrə yalnız toy məclisləri üçün gedib:

"Arzum İspaniya və Hindistanda istirahət etməkdir. Amma indiyə kimi, Biləcəridən o tərəfə keçməmişəm. Bölgələrdə və xaricdə el şənliklərində olmuşam. Lakin istirahət məqsədilə heç Azərbaycanın rayonlarında da bir gün belə dincəlməmişəm. O bəxt hələ mənə qismət olmayıb”.