Rusiyada Vatsap bloklana bilər

Rusiyada Vatsap bloklana bilər
490 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya üzrə Nəzarət Xidməti (Roskomnadzor) Vatsapın ölkədə terrorçuluq fəaliyyətlərinin təşkilində istifadə olunduğu iddiası ilə messencerin tamamilə bloklana biləcəyi barədə xəbərdarlıq edib.

Axşam.az xəbər verir ki, xəbərdarlıqda mesencerin Rusiya qanunlarının tələblərini yerinə yetirmədiyi və onun fəaliyyətində məhdudiyyətlərin mərhələli şəkildə tətbiq olunduğu bildirlir.

Roskomnadzor əlavə edib ki, əgər messencer Rusiya qanunlarına əməl etməsə, Vatsapın tamamilə bloklanması mümkündür.