Anasını pəncərədən atıb, "görüşərik" deyib

Anasını pəncərədən atıb, "görüşərik" deyib
2629 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, sentyabrın 26-da Yalovanın Çınarcık məhəlləsində 5-ci mərtəbədəki mənzilinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən tanınmış sənətçi Güllünün qızı Tuğyan Ülkem Gülter saxlanılıb.

Axşam.az-ın türk mediasına istinadən məlumatına görə, kamera görüntüləri araşdırılıb. İfaçının ölümündən 75 gün sonra istintaqdan yeni məlumatlar sızdırılıb.

Belə ki, evdəki təhlükəsizlik kamerasına aid səs və görüntü qeydləri TÜBİTAK (Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası) tərəfindən analiz edilib və iddialara görə, qeydlərdə qızının Güllüyə “İndi səni atacağam” deyərək itələdiyi, daha sonra isə “Hadi görüşərik” dediyi bildirilib.

Qeyd edək ki, Güllü bir müddət əvvəl evinin eyvanından yıxılaraq dünyasını dəyişib. Daha əvvəl Güllünün ölümündə təqsirli olduğu iddia edilən oğlu açıqlama yayaraq anasının intihar etməsi və ya bu işdə əli olmasını təkzib etmişdi. Bundan sonra onun qızı Güllünün ölümündə şübhəli bilinir.

Qəsdən adam öldürməkdə şübhəli bilinən Tuğyan və onun yaxın dostu Sultan Nur Ulu ötən gün hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.