Kirkorov axtarışa verildi

Kirkorov axtarışa verildi
928 dəfə oxunub
  • A-
  • A
  • A+

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya Federasiyasının Xalq Artisti Filipp Kirkorovu axtarışa verib.

Axşam.az xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb. Bildirilib ki, Kirkorov agentliyin məlumat bazasına 30 oktyabrda əlavə edilib, lakin xəbər yalnız bu gün, 16 dekabrda açıqlanıb.

UTX F.Kirkorovu ölkənin Luqansk, Donetsk, Zaporojye və Xerson ərazilərinə giriş-çıxış qaydalarını pozmaqda ittiham edib və bunu "Ukraynanın milli maraqlarına zərər" kimi qiymətləndirib.

Qeyd olunub ki, oktyabrın sonunda Ukrayna Baş Prokurorluğu Filipp Kirkorova Krımda çıxışları ilə əlaqədar qiyabi ittiham irəli sürüldüyünü açıqlayıb.