Bu ölkələrin vətəndaşları ABŞ-yə gedə bilməyəcəklər

Bu ölkələrin vətəndaşları ABŞ-yə gedə bilməyəcəklər
538 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ yeddi ölkənin - Burkina Faso, Mali, Niger, Cənubi Sudan, Suriya, Laos və Syerra-Leone vətəndaşlarına tam səyahət qadağası tətbiq edəcək.

Axşam.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilir ki, əvvəllər Laos və Syerra-Leoneyə qismən məhdudiyyətlər qoyulmuşdusa, indi bu ölkələrin vətəndaşlarının ABŞ-yə girişi tamamilə qadağan ediləcək.

Qeyd edək ki, noyabrın sonunda Amerika Prezidenti Donald Tramp üçüncü dünya ölkələrindən ABŞ-yə miqrasiya axınını dayandırmaq niyyətində olduğunu açıqlayıb.